Polşanın Kantores Minores Vramislavisnses Vrotslav kamera xoru Bakıda konsert verəcək. Polşanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, konsert oktyabrın 22-də Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının böyük zalında keçiriləcək. Konsertdə Friderik Şopen, Stanislav Monyuşko, Karol Şimanov və başqa bəstəkarların əsərləri səslənəcək. Konserti Polşanın Mədəniyyət və Milli İrs Nazirliyi maliyyələşdirir.