“Şirvannəşr” nəşriyyatı torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş kitabı oxuculara təqdim edib. “Qarabağ hekayələri” kitabının müəllifi vətənpərvərlik mövzusunda yazdığı əsərlərə görə bir neçə müsabiqə qalibi olmuş Eyvaz Zeynalovdur. Kitabda müharibənin dəhşətlərini öz gözləri ilə görmüş müəllifin 16 hekayəsi toplanıb.
   
   S.Nağıyev