İyulun 27-də İranın tanınmış müğənnilərinin Bakıda üçgünlük konsert proqramı başlanıb. “Metkarting”də keçirilən ilk konsertdə Bakı musiqisevərlərinin qarşısına Hüseyn Tohi və DJ Big Daddy çıxıb.
   İyulun 28-də məşhur İran müğənniləri Kamran, Hooman Cəfəri və Şəhram Şabarehin konserti nəzərdə tutulub. Şəhram Şabareh İranda ifaçı və bəstəkar kimi məşhurdur. Bu musiqiçi onlarla hitin müəllifidir və albomları böyük tirajla satılır.
   İyulun 29-da isə Bakıda populyar İran ifaçısı, “Ebi Səhnə” adı ilə məşhur olan İbrahim Hamedi və müğənni Leylanın konsert proqramı təqdim ediləcək. Ebi İranın ən populyar müğənnilərindən biridir və nadir vokal imkanlarına malikdir. O, İran pop səhnəsinin ən yaxşı ifaçısına çevrilib. Karyerasına 30 il əvvəl başlamış bu ifaçı ölkəsindən kənarda da populyarlıq qazanıb. 1993-cü ildə Avstraliyada “Persian Gulf” mahnısına görə ona “Master of Voice” dünya mükafatı verilib.