Fuad İbrahimovun rəhbərliyi altında fəaliyyət göstərən “Yeni Filarmoniya” Azərbaycan gənclər orkestri avqustun 12-də Berlində geniş konsert proqramı ilə çıxış edib. Konsertdə orkestrin ifasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Pyotr Çaykovskinin “Beşinci simfoniya”sı, Qara Qarayevin “Alban rapsodiyası” simfonik qravürləri, Firəngiz Əlizadənin “Nağıllar” və digər musiqi əsərləri səslənib.
   “Yeni Filarmoniya” Azərbaycan gənclər orkestri artıq üçüncü ildir ki, Avropada keçirilən beynəlxalq festivallarda iştirak edir. Orkestr cari ilin payızında Berlində keçiriləcək “Young Euro Classic” festivalına dəvət alıb.