Heydər Əliyev Sarayında Xalq artisti Aybəniz Haşımovanın rəhbərliyi ilə gənc ifaçıların konserti təşkil olunub. Konsertdə gənclərin ifasında ötən əsrdə Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Ramiz Mirişlinin, Oqtay Rəcəbovun, Vasif Adıgözəlovun, Oqtay Kazıminin, Şəfiqə Axundovanın və digər Azərbaycan bəstəkarlarının bəstələdikləri və kinofilmlərdən götürülmüş retro mahnılar səslənib. Konsertdə xalq mahnıları, muğam və təsniflərə də xüsusi yer verilib.
   Gənclərin çıxışı rəğbətlə qarşılanıb. Tamaşaçılar Çingiz Mustafayev və Aynişanın ifalarını xüsusilə bəyəniblər.