Sentyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ölkəmizin və Özbəkistanın yaradıcı gənclərinin iştirakı ilə qala-konsert keçirilib. Azərbaycanda Özbəkistan Gəncləri günlərinin yekunlarına həsr olunmuş konsertdə hər iki ölkənin gənc istedadları bəstəkar, xalq və estrada musiqilərini, milli rəqslərdən nümunələri ifa ediblər. Tədbir çərçivəsində, həmçinin gənc özbək modelyerinin 30-dan çox əl işi nümayiş olunub. Tamaşaçılar iki ölkənin yaradıcı gənclərinin çıxışlarını alqışlarla qarşılayıblar.