İranda Azərbaycan Mədəniyyəti Günləri və İranın “Müqəddəs müdafiə Günü” münasibəti ilə konsert təşkil edilib. Məcid İntizaminin rəhbərlik etdiyi Tehran simfonik orkestrinin konsertində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İranın islami irşad və mədəniyyət naziri Seyid Məhəmməd Hüseyni, İran Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayi, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov və digər dövlət məmurları iştirak ediblər. Konsert açıq havada təşkil edilib.