Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi tədqiqatı əsasında musiqi məktəbləri və texnikumları üçün dərs vəsaiti hazırlanıb.
   Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, dərs vəsaitinin tərtibçisi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının direktoru, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovdur. “Azərbaycan xalq musiqisinin əsasları” dərs vəsaitinin təqdimatının oktyabrın 6-da Bəstəkarlar İttifaqında keçirilməsi nəzərdə tutulur.