İranın “Mahur” nəşriyyatında böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın vəfatının 22-ci ildönümünə həsr olunmuş disk buraxılıb. Diskdə İranın tanınmış xanəndələrindən olan Əbülhəsən İqbal Azərin ifasında görkəmli şairin şeirlərinə bəstələnmiş mahnılar yer alıb.