Oktyabrın 20-dən 28-dək Azərbaycanda ilk dəfə olaraq türk xalqları aşıqlarının Beynəlxalq festivalı keçiriləcək.
   Festivalda Türkiyə, İran, Gürcüstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Şimali Kipr və Kərkükdən nümayəndələr iştirak edəcəklər.
   Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub bildirib ki, festival Bakıda, Heydər Əliyev Sarayında başlayacaq, Gəncədə sona catacaq.
   Festival iştirakçıları, həmçinin Qazaxda, Gürcüstanda, Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində də olacaqlar.