Oktyabrın 16-da Qresin adına Rusiya Musiqi Akademiyasının konsert zalında “Bolşoy Teatrın gənc səsləri” adlı konsert keçiriləcək. Konsertdə Bolşoy Teatrın solisti, həmyerlimiz Elçin Əzizov (bariton), Oksana Lesniçaya (soprano), beynəlxalq və ümumrusiya müsabiqələrinin laureatı Valeriya Petrova (fortepiano) çıxış edəcəklər.
   Konsertdə P.Çaykovskinin, C.Verdinin, S.Raxmaninovun, Motsartın, İ.Bizenin və başqalarının operalarından ariyalar və duetlər səsləndiriləcək.