“Eurovision-2010” müsabiqəsində Azərbaycanı təmsil edən və beşincilik qazanan Səfurə Əlizadə əfsanəvi “Beatles” qrupunun solisti Con Lennonun 70 illik yubileyinə həsr edilmiş konsertdə çıxış etmək imkanı qazanıb. Müğənninin rəsmi saytının yaydığı məlumata görə, tədbirdə iştirak edəcək sənətçilər yalnız “Beatles”in repertuarından mahnılar ifa edəcəklər. Xeyriyyə tədbirinin təşkilatçısı “Uşaqları xilasetmə xidməti” beynəlxalq təşkilatıdır.
   Yubiley konsertinin bir çox ölkənin telekanallarında işıqlandırılacağı gözlənilir. Azərbaycandan yalnız Səfurə Əlizadə sözügedən səhnədə çıxış etmək imkanı əldə edib. Həmin gün azərbaycanlı müğənni ilə eyni səhnədə Andrey Xlivnk ("Bumboks"), Skryabin, Jamala, Faqot (TNMK), Alyoşa, Vane Dorn, İvan Rozin (“Gouache”), Polonskiy, Gorçitsa, “Unity” kimi tanınmış qrup və müğənnilər də çıxış edəcəklər.