Oktyabrın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin iştirakı ilə klassik musiqi axşamı keçiriləcək.
    Kollektivin bədii rəhbəri və baş dirijoru Xalq artisti Rauf Abdullayevdir. Konsertin solistləri ABŞ-ın Cülyard Musiqi Akademiyasının professoru, BMT-nın nəzdindəki Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, beynəlxalq müsabiqələr laureatı, pianoçu Oksana Yablonskaya və beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəridə Məmmədovadır.