Noyabrın 21-də Gürcüstanın tanınmış sənətçisi Vaxtanq Kikabidze Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
   Heydər Əliyev Sarayından verilən məlumata görə, Azərbaycanda sevilən və çoxsaylı pərəstişkarları olan gürcüstanlı müğənni Bakı səhnəsində tam yeni proqramla çıxış edəcək. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçiriləcək konsertdə Vaxtanq Kikabidze populyar və sevilən mahnıları əsasən rus dilində ifa edəcək.