Dünya şöhrətli pop və pok müğənnisi, pianoçu Elton Con pop musiqisi aləmini tərk edir. 63 yaşlı musiqiçi bu addımının səbəbini də açıqlayıb. Bildirib ki, gənc ifaçılar Leli Qaqa və digərləri ilə müqayisə olunmasını, adının onlarla eyni siyahıda çəkilməsini istəmir.
   Ulduz onu da bildirib ki, solo yaradıcılığından uzaqlaşsa da, müştərək pop layihələrdə iştirak edəcək. Müğənni etiraf edib ki, artıq cavan yaşlarındakı kimi möhtəşəm pop mahnılar ifa edə bilmir.
   Gülər