Bu günlərdə Türkiyənin “Aşıqlar diyarı” kimi tanınan Sivas vilayətində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Sivas Valiliyinin təşkilatçılığı ilə V Beynəlxalq Sivas Aşıqlar Bayramı keçirilib. Bayramda İraq, Qazaxıstan, Türkiyə və Azərbaycandan 60-a yaxın aşıq iştirak edib. Azərbaycanı bu tədbirdə Gülayə Könül və Sevil Xıdırova təmsil ediblər. Sivas valisi Ali Kolat tədbirə gələn aşıqlara aşıqlıq ənənəsini qoruyub saxladıqları üçün təşəkkür edib.