“Turan" muğam qrupunun üzvləri Britaniyaya səfər edəcək. Qrupun solisti xanəndə Qoçaq Əsgərovun verdiyi məlumata görə, dəvəti BBC-3 radiosunun rəhbərliyindən alıblar. Noyabrın 25-də yola düşəcək musiqiçilər bütün dünyanın maraqla dinlədiyi "Dünya musiqi yolları" verilişinin 10 illik yubiley proqramında yarım saatlıq konsert proqramı ilə çıxış edəcəklər. Səfər konsertlərində Qoçaq Əsgərovu tarda Əməkdar artist Malik Mənsurov, kamançada Elnur Mikayılov, nağarada Şükür Əliyev müşayiət edəcək.
   Qeyd edək ki, bugünə qədər muğamlarımız, aşıq musiqilərimiz, instrumental musiqiçilərin çıxışı BBC-3-ün proqramları sırasında səslənib. Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalını işıqlandıran əcnəbi informasiya ötürücüləri sırasında BBC radiosunun da adı hallanır.