Alman-Azərbaycan Mədəniyyət Birliyi “Kapellhaus”da kamera musiqisi axşamı keçirilib. Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tofiq Aslanovun sinfində təhsil alan tələbələr çıxış ediblər.
   Konsertdə R.Şumanın, J.Stamitzin, B.Dvarionasın, Q.Qarayevin, A.Rzayevin əsərləri səsləndirilib.