Noyabrın 26-da Macarıstanın paytaxtı Budapeştdə “Duna Palota” konsert salonunda Azərbaycanın tanınmış pianoçusu, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının dosenti Murad Hüseynovun konserti olacaq. Pianoçu Macarıstan bəstəkarı Ferents Listin əsərlərini ifa edəcək. Konsert Azərbaycanın Macarıstandakı səfirliyinin və “Buta” İncəsənət Mərkəzinin dəstəyi ilə təşkil edilib.