Görkəmli polyak bəstəkarı Frederik Şopenin 200 illiyi ilə bağlı Azərbaycanda keçirilən “Şopen ili”nə maraqlı konsert proqramı ilə yekun vurulub. Tədbirdə çıxış edən Polşanın Azərbaycandakı səfiri Mixal Labenda “Şopen ili” üzrə fəxri komitəyə üzv olan tərəfdaşlara - Heydər Əliyev Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Filarmoniyasına və Bakı Musiqi Akademiyasına minnətdarlığını bildirib: “Mən çox məmnunam ki, Azərbaycanda “Şopen ili”nin qeyd olunması böyük maraqla qarşılandı. Bir neçə təşkilat Şopenin yaradıcılığına həsr olunmuş öz müstəqil layihələrini irəli sürmüşdü. Səyləriniz və Şopenin musiqisinə göstərdiyiniz maraq üçün sizə təşəkkür edirəm”.
   Konsertdə polşalı və azərbaycanlı musiqiçilər çıxış edib.