Dekabrın 2-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında professional musiqi ifaçılığı ilə məşğul olan gənclərin Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konserti keçiriləcək. Bəstəkarlar İttifaqından verilən məlumata görə, konsert proqramına üç istedadlı musiqiçinin-Anar Məmmədov (klarnet), Vəli Budaqov (klarnet) və Aysel Məlikovanın (piano) ifasında Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələrinin müxtəlif janrlı əsərləri daxil edilib.