Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində G.Şaroyev adına 35 nömrəli uşaq musiqi məktəbinin müəllimi, bəstəkar-pianoçu Bikəxanım Axundovanın əsərlərindən ibarət konsert olub. Konsertdə T.Quliyev adına 12 nömrəli uşaq musiqi məktəbinin 7-ci sinif şagirdi, Sankt-Peterburqda keçirilmiş “Gümüş kamerton” müsabiqəsinin I dərəcəli diplomantı Emin Hüseynov da çıxış edib.