Azərbaycan Milli Konservatoriyasının müəllimlərindən ibarət qrup ABŞ-da konsert proqramları ilə çıxış edəcək. Milli Konservatoriyadan bildiriblər ki, konsertlər Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərində baş konsulluğunun və "Azerbaijan İnternational" dərgisinin birgə təşəbbüsü ilə təşkil olunacaq. Milli Konservatoriyanın rektoru, Xalq artisti Səyavuş Kəriminin rəhbərlik etdiyi heyətə xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov və Kamran Kərimov daxildir. Konsertlər Los-Anceles, San-Dieqo, San-Fransisko şəhərlərində keçiriləcək.