“Billboard” jurnalı 2010-cu ildə ən çox qastrolda olan musiqiçilərin siyahısını açıqlayıb. Onların arasında ən çox pul qazanan Amerika musiqiçi Jon Bon Jovinin rok-qrupu olub. Bu qrup konsert verməklə 147 milyon dollar qazanıb. Bon Jovi "The Circle" albomuna dəstək məqsədi ilə 69 şou göstərib. Həmin konsertə 1 milyon 591 min nəfər bilet alıb.
   “Billboard”in reytinqində ikinci yerdə İrlandiyanın “U2” qrupu qərarlaşıb. Bu qrup "No Line On The Horizon" adlı albomlarına həsr etdiyi konserti verməklə 131,5 milyon dollar gəlir götürüb. Qrup 2010-cu ilədək cəmi 22 konsert verib.
   Liderlərin üçlüyünü avstraliyalı AC/DC qrupu tamamlayır. Həmin qrupun üzvləri "Black Ice" adlı albomuna dəstək məqsədli 22 konsertindən 122,6 milyon dollar qazanıblar.