Yeni il ərəfəsində Bakının caz musiqisi həvəskarlarına daha bir maraqlı konsert təqdim olunub. Dekabrın 23-də ÜNS teatrında dünya şöhrətli Oleq Lundstrem adına Rusiya Dövlət Caz Musiqisi Kamera Orkestri çıxış edib. Konserti Rusiyanın Mədəniyyət Nazirliyi təşkil edib. Orkestr caz kompozisiyaları, məşhur mahnıların aranjemanını, Maksim Dunayevski, Andrey Petrov və digər bəstəkarların əsərlərini ifa edib.