Azərbaycan Yazıçılar Birliyinin “Bayatı” kitab mağazasısında növbəti imza günü keçirilib. Bu dəfə şair Səlim Babullaoğlunun yenicə çapdan çıxmış “İlyas Göçmənin şəkil dəftəri” kitabı təqdim edilib. Tədbirdə millət vəkili Asim Mollazadə, AYB-nin katibi Rəşad Məcid, nasirlər Elçin Hüseynbəyli, Məqsəd Nur çıxış edərək S.Babullaoğlunun bədii yaradıcılığı haqqında danışıblar. “Qaya” firmasının direktoru Xanhüseyn Əliyevin təqdim edilən kitabdan 50 nüxsəni alıcı qismində aldığını bildirdikdən sonra kitabın satışına başlanılıb. Satılan kitablar sonda müəllif tərəfindən şəxsən imzalanıb. Tədbirin sonuna yaxın “İlyas Göçmənin şəkil dəftəri” kitabından 108 nüxsə satıldığı məlum olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar