Martın 4-dən 25-dək Moskva Beynəlxalq Musiqi Evində İohan Sebastyan Bax adına musiqi festivalı keçiriləcək. Festival Helmut Rillinqin rəhbərliyi altında Bax Beynəlxalq Orkestrinin və “Maestro xor nəğmələri”nin çıxışı ilə başlanacaq.
   Festivalda xor sənəti üzrə akademik xor kollektivi, “Virtuozı Moskvı” Dövlət Kamera Orkestri, “Musica Viva”, “Leypts Hevandhaus Bax” orkestrləri və s. iştirak edəcəklər. Tədbir Vladimir Slivakov, Aleksey Utkin, Maqali Mosne, Klemens Şnopp, Raqna Şirmer və başqa musiqiçilərin iştirakı ilə davam edəcək.
   Festival çərçivəsində 10 konsert proqramının keçiriləcəyi nəzərdə tutulub.