Fevralın 12-də Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində görkəmli bəstəkar, Xalq artisti, professor Musa Mirzəyevlə görüş keçiriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildiriblər ki, görüşdə məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərləri səslənəcək. Görüşdə Musa Mirzəyev yeni əsərlərini ifa edəcək.