Məşhur rusiyalı dirijor və violeonçelist Dmitri Yablonski bu gün (18 fevral) Bakıda konsert proqramı ilə çıxış edəcək. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək konsertdə D.Yablonski “Kolmidre” orkestri ilə alman bəstəkarı Bruxanın violençel üçün əsərini, Skryabinin II simfoniyasını və Azərbaycan Dövlət Kapellası və “Qloriya” orkestri ilə Vivaldinin xor üçün əsərini ifa edəcək. Təbirdə həmçinin Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi altında Azərbaycan dövlət xor kapellasının çıxışı planlaşdırılır. Konsetdə Aygün Zeynalova, Naala Barateliya və Aytac Şixəlizadənin ifasında məşhur bəstəkarların əsərlərindən parçalar səsləndiriləcək.