Respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilin keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq sahə üzrə tanınmış mütəxəssislərin, təcrübəli müəllimlərin iştirakı ilə ustad dərsləri təşkil edir. Uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün skripka ixtisası üzrə ustad siniflərinin keçirilməsi məqsədilə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Rusiyanın Əməkdar artisti Mixail Aronoviç Qotsdiner Bakı şəhərinə dəvət olunub. Rusiyalı sənətçi aprelin 28-30-da və mayın 2-də Bakı şəhəri L. və M.Rostropoviçlər adına 21 nömrəli Musiqi Məktəbində ustad dərsləri keçəcək.