Məşhur rejissor Fil Qriffin istedadlı Azərbaycan müğənnisi, tanınmış iş adamı Emin Ağalarovun ifa etdiyi mahnılara iki klipin və filmin çəkilişlərinə başlayıb. Pol Makkartni, Adele, Emi Vinhaus kimi dünya şöhrətli simalarla çalışan F.Qriffinin nadir hallarda klip çəkilişlərinə razılıq verməsini nəzərə alsaq, həmyerlimizin bu uğuru ölkəmizin təbliği istiqamətində mühüm rol oynayacaq.
   Çəkilişlər barədə danışan E.Ağalarov deyib: “Əsas klipimiz “Any Time You Fall” adlanır. Böyük Britaniyadan rəqqasların da iştirak edəcəkləri bu klip çox gözəl olacaq”.
   Xaricdə yaşayan azərbaycanlı olaraq E.Ağalarov qazandığı uğurlarla həm də ölkəmizin imici üçün çalışır. Məşhur müğənninin yayda Bakıda konsert verəcəyi gözlənilir. Bundan əvvəl isə o, London və Moskvada səhnəyə çıxmağı planlaşdırır.