M.Maqomayev adına Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Bakı və Rusiyanın Çelyabinsk şəhəri musiqi məktəbləri şagirdlərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş birgə konserti keçirilib.
   Əvvəlcə Bakıdakı L. və M. Rostropoviçlər adına 21 nömrəli uşaq musiqi məktəbinin direktoru Rafiq Əzizov çıxış edərək konsertin Mədəniyyət və Turizm Nazirliyi və Çelyabinsk Vilayəti Mədəniyyət Nazirliyi tərəfindən birgə təşkil olunduğunu deyib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə Rusiya Federasiyasının Çelyabinsk vilayəti arasında imzalanmış 2011-2012-ci illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq haqqında memorandum çərçivəsində Ümumrusiya Azərbaycanlıları Konqresinin Çelyabinsk Regional Bölməsinin və “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Cənubi Uraldan 12 nəfər istedadlı uşağın Azərbaycana səfəri təşkil olunub.
   Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun idarəsi ilə L. və M. Rostropoviçlər adına 21 nömrəli uşaq musiqi məktəbinin ansamblı çıxış edib. Çelyabinskdən olan uşaqların ifaları da böyük maraqla qarşılanıb.