“Eurovision” müsabiqəsinin icraçı direktoru Jon Ola Sand Düsseldorfda Azərbaycanı qalibiyyət münasibətilə təbrik edərək növbəti ildə ölkəmizin bu yarışmanı yüksək səviyyədə təşkil edəcəyinə əminliyini bildirib. İcraçı direktor ölkəmizin “Eurovision-2012” mahnı müsabiqəsində ev sahibliyini təsdiqləyən sənədi Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim edib. Jon Ola Sand Odlar diyarına bu məsuliyyətli işdə uğurlar arzulayıb və bütün Azərbaycan xalqını qələbə münasibətilə bir daha təbrik edib.