Azərbaycanın tanınmış pianoçusu Murad Hüseynov Fransanın Aşağı Normandiya regionunun Remalar meriyasında və Lö Pən-La-Qaren kommunasında maraqlı konsert proqramı ilə çıxış edib. Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə keçirilən bu konsertlər zamanı yerli ictimaiyyətin nümayəndələrinə milli mədəniyyətimiz haqqında geniş məlumat verilib.
   Konsertdə Murad Hüseynov Avropa bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarından Qara Qarayevin, Adil Bəbirovun və Tofiq Quliyevin əsərlərini ifa edib. Azərbaycanlı pianoçunun ifası fransız tamaşaçılarının sürəkli alqış sədaları ilə qarşılanıb.