Səkkiz yaşlı azərbaycanlı Züleyxa Abdullayeva Pyetro Arcento adına XIV Beynəlxalq Musiqi Müsabiqəsinin qalibi seçilib. Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının şagirdi olan Z.Abdullayeva fortepianoda ifa üzrə öz yaş kateqoriyasında “ən yaxşı” seçilib. Müsabiqədə Baxın “Kiçik prelüdiya”, Şopenin “Mazurka”, Klementin “Sonatina” kimi musiqi əsərlərini ifa edən Z.Abdullayeva öz rəqiblərini arxada qoyub. Balaca istedadın 100 mümkün baldan 96-nı yığması Avropanın musiqi arenasında Azərbaycan adına daha bir uğur gətirib. Bu qalibiyyət sayəsində Z.Abdullayeva həmçinin Pyetro Arcento adına təqaüdə layiq görülüb.
   Z.Abdullayeva deyib ki, bu uğur İncəsənət Gimnaziyasında fortepiano sənətini öyrənməyə ona yardım edən musiqi müəlliməsi Nigar Nəcəfzadənin səyləri sayəsində mümkün olub.
   Beynəlxalq müsabiqədə İtaliya, Almaniya, Cənubi Koreya, Niderland, Türkiyə, Polşa, Sloveniya və s. ölkələrin təmsilçiləri iştirak edib.