Bakının caz musiqisi pərəstişkarlarını böyük hədiyyə gözləyir. İyunun 15-də Yaşıl Teatrda tanınmış gürcü caz ifaçısı Nino Katamadzenin və Insight qrupunun xeyriyyə konserti olacaq. Konserti Buta Art Centre Culture Helpline layihəsi çərçivəsində təşkil edəcək.
   Nino Katamadze 1972-ci ildə Gürcüstanın Acarıstan Muxtar Respublikasında anadan olub. Musiqi istedadı hələ uşaq ikən özünü büruzə verib. Batumi Musiqi İnstitutunun vokal fakültəsinin məzunu olan Nino Katamadze 1990-cı ildən səhnədədir. 1994-cü ildə əlillərə yardım xeyriyyə fondu yaradıb.
   Müğənninin Insight qrupu ilə yaradıcılıq əməkdaşlığı 1999-cu ildə başlanıb. Musiqiçilər ABŞ və Böyük Britaniyaya qastrol səfərlərində olmuş, Rusiyanın və Ukraynanın konsert meydanlarında çıxış etmişlər.
   Nino Katamadze 2009-cu ildə Bakıda iki konsert verib. O, orijinal üslubda ifa etdiyi bir çox caz kompozisiyalarının müəllifidir.