İyulun 2-3-də Türkiyənin Bursa şəhərində VII Beynəlxalq aşıqlar və şairlər bayramı keçirilib. Tədbirdə 10 ölkədən 85 şair və aşıq, o cümlədən Azərbaycandan gələn aşıqlar öz sənətlərini nümayiş etdiriblər.
   Tədbir çərçivəsində aşıq deyişməsi, şeir müsabiqələri keçirilib. Bu müsabiqələrdə ölkəmizi Həlimə Veysova təmsil edib. Sonda müsabiqədə yer tutan aşıq və şairlərə mükafatlar təqdim olunub.