Səkkiz yarımfinalçıdan altısı bəllidir
   
   Azərbaycanda "Eurovision-2012"-nin milli seçim turunun altıncı yarımfinalçısı müəyyənləşib. İctimai Televiziyada Milli Seçim turunda sms-səsvermə və münsiflər heyətinin rəyi nəticəsində altıncı həftənin qalibi Adil Baxışlı olub.
   
   Bundan əvvəl Orxan Kərimli, Məryəm Kərimova, Xəyyam Mustafazadə, Fəqan Səfərov və Elton İbrahimov yarımfinala yüksəliblər.
   Qeyd edək ki, milli seçimlərdə 72 iddiaçı iştirak edir. Onlar 8 yarımqrupa bölünüblər. Seçim turunun iştirakçıları arasında keçən illərin milli seçmələrinin iştirakçıları, məşhur ifaçılar, həmçinin üç ABŞ vətəndaşı var. Teleşou səkkiz həftə - bazar ertəsindən cümə gününədək davam edəcək. Layihənin qaydalarına görə, bazar ertəsi müsabiqənin iştirakçıları dünya hitlərindən birini ifa edirlər, çərşənbə axşamı - Azərbaycan estrada mahnısını, çərşənbə günü - Eurovision-un kompozisiyalarından birini, cümə axşamı - azad seçimdir, cümə günü isə yarımqrupun qalibi təyin edilir.
   Qeyd edək ki, "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsi mayın 22-26-da Bakıda keçiriləcək.