Azərbaycan musiqisini dünyada təbliğ edən sənətkarlarımızın ifaları yüz minlərlə dinləyicisi olan “BBC-3” radiosunun da diqqətindən yayınmayıb. Radionun növbəti layihəsi çərçivəsində üç azərbaycanlı sənətçinin ifaları daxil edilmiş disk hazırlanıb. Diskdə Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova və tanınmış xanəndə Qoçaq Əsgərovun ifaları yer alıb.
   Qoçaq Əsgərov bildirib ki, diskdə 18 ölkəni təmsil edən musiqiçilərin ifaları var. Burada Alim Qasımov və Fərqanə Qasımovanın ifasında iki xalq mahnısı, Qoçaq Əsgərovun ifasında isə “Ay qız” xalq mahnısı və “Şahnaz” muğamı yer alıb. Artıq dünyanın əksər ölkələrində diskin satışı təşkil edilib.