Tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidova fevralın 27-də Böyük Britaniyanın paytaxtı Londonda konsert proqramı ilə çıxış edəcək. Sənətçinin internet saytında yer alan xəbərə görə, Müqəddəs Ceyms Kilsəsində (St James’s Church) keçiriləcək konsertdə həmyerlimiz ingilis pianoçu Daniel Qrimvud ilə duet ifa edəcək. Konsertin proqramına İ.Bax və Y.Ştrausun əsərləri daxil edilib.