Tanınmış müğənni və bəstəkar Emin Ağalarov Moskva və Sankt-Peterburq şəhərlərində silsilə konsertlər verəcək. 
   Sankt-Peterburq şəhərindəki konsert fevralın 11-də “Lenkonsert”, fevralın 13-də “Buz sarayı” salonlarında gerçəkləşəcək. Müğənninin fevralın 14-də Moskvanın “Olimpiyski” zalında keçiriləcək konsertində isə Rusiyanın tanınmış səhnə ulduzları da iştirak edəcəklər. Proqrama tanınmış müğənni və bəstəkarın hitləri ilə yanaşı, yeni mahnıları da daxil ediləcək.