Mayın 3-də həmvətənimiz, tanınmış skripkaçı Səbinə Rakçeyeva İsveçrə Qlobal İncəsənət Fondunun təşkilatçılığı ilə Londonun Leighton House muzeyində konsert proqramı təqdim edəcək. Konsertdə skripkaçı özünün ansamblı və gənc irland müğənni Naomi O’Konnel (metso-soprano) ilə birgə çıxış edəcək.