Mayın 18-də Britaniya paytaxtının ən nüfuzlu salonlarından birində - “Southbank Centre”də yerləşən məşhur Kraliça Elizabet salonunda Azərbaycanın istedadlı muğam ifaçısı Qoçaq Əsgərovun konserti olacaq. Konsert Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə reallaşacaq. Xanəndə öz ansamblı ilə birlikdə dünyanın bir sıra ölkələrində müvəffəqiyyətlə konsertlər verib, bir neçə kompakt disk buraxıb, TEAS-ın prodüseri olduğu “Mistik muğam melodiyası Montanaya gəlir” filminin qəhrəmanlarından biri olub.