Azərbaycanın gənc muğam ifaçısı Qoçaq Əsgərovun lent yazısı ABŞ-ın Şimali Karolina radiosunda yayımlanan ən yaxşı səsyazma siyahılarında - “Top 104 Records” (“104 Zirvə səs yazıları”) və “New World Chart”da (“Yeni dünya cədvəli”) ən yaxşılar arasında yer alıb.
   Bu barədə məlumat verən xanəndə bildirib ki, onun ifa etdiyi “Bayatı-Şiraz” muğamı iyulda radionun ən nüfuzlu siyahılarında lider olub.