Sentyabrın 1-dən 5-dək Qüdsdə Kamera Musiqisi Festivalı keçiriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildiriblər ki, festivala müasir Azərbaycan bəstəkarı Fərəc Qarayevin əsəri ilə yekun vurulacaq. Əsas hissəsi klassik rus musiqisinə həsr ediləcək festival çərçivəsində fransız bəstəkarı, impressionist musiqinin parlaq nümayəndəsi Klod Debyussinin 150 illik yubileyi də qeyd olunacaq.