Yunanıstanın Tinos adasında keçirilən Beynəlxalq yay caz festivalına yekun vurulub. Festivalda Azərbaycanı təmsil edən Emil Əfrasiyab maraqlı konsert proqramı ilə çıxış edib. Musiqiçi Azərbaycan xalq mahnıları əsasında caz kompozisiyaları, özünün yeni “İki dünya” və “Xarakter” əsərlərini, həmçinin Vaqif Mustafazadə və Fərhad Bədəlbəylinin bəstələrini dinləyicilərə çatdırıb.
   Azərbaycan pianoçusunun konsert proqramında Corc Qerşvin və Maylz Devisin Azərbaycan xalq musiqisi ilə sintez etdikləri caz kompozisiyaları da yer alıb.