Rusiyada yaşayan azərbaycanlı iş adamı, bəstəkar-müğənni Emin Ağalarov ilk dəfə olaraq simfonik orkestrlə birgə konsert verəcək. Müğənninin rəsmi saytında yer alan xəbərə görə, konsert dekabrın 11-də Moskvada gerçəkləşəcək.
   Qeyd edək ki, musiqiçinin may ayında “After The Thunder” adlı ikinci albomu işıq üzü görüb. Azərbaycanlı ifaçının bir çox hitləri Avropa çarxlarında əhəmiyyətli yer tutur.