Prezident İlham Əliyevin sentyabrın 17-də imzaladığı sərəncama əsasən, Rusiyanın tanınmış müğənnisi, SSRİ Xalq artisti İosif Kobzon Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib. Müğənni Azərbaycanla Rusiya arasında musiqi mədəniyyəti sahəsində əməkdaşlığın genişləndirilməsində səmərəli fəaliyyətinə görə təltif olunub.