Noyabrın 22-də tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Böyük Britaniyanın aparıcı konsert salonlarından olan “St.George’s Bristol”da konsert proqramı ilə çıxış edəcək. Nəzrin Rəşidovanın saytında yer alan xəbərə görə, tanınmış skripkaçının “Toki” kvarteti (“Toki Quartet”) ilə birgə çıxış edəcəyi konsertin proqramına F.Bric, T.Takemitsu, E.Elqarın əsərləri daxil edilib.