Xəbər verdiyimiz kimi, yanvarın 30-da Azərbaycan Bəstəkarlar İttifaqında “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda konfrans işə başlayıb. Simpoziumun keçirilməsində məqsəd bu ilin martında Bakıda keçiriləcək III Beynəlxalq muğam simpoziumunda ölkəmizi təmsil edəcək alimləri müəyyənləşdirməkdir.
Yanvarın 31-da konfransın ikinci günündə Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Akif Quliyevin “Azərbaycan muğam rənglərinin dramaturji əhəmiyyəti və ifaçılıq məsələləri”, AMK-nın laboratoriya müdiri, dosent Abbasqulu Nəcəfzadənin “Muğam ifaçılığında çalğı alətlərinin rəngarəngliyi”, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın “Milli musiqi alətləri: mətnlərin və ikonoqrafiyanın adekvat şərhinin problemi haqqında”, Bakı Musiqi Akademiyasının dosenti Seyran Qafarovun “Məvləvi ayinlərində janr xarakteristikası və türk ney ifaçılığı ənənələri” mövzusunda məruzələri dinlənildi.
Məruzələr ətrafında müzakirə aparıldı. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə fikir və iradlarını diqqətə çatdırdı.
İki gün davam edən konfransda məruzələrin əksəriyyətini dinləmək imkanı əldə etdiyimdən belə qənaətə gəldim ki, bəzi iştirakçılar mövzulara səthi yanaşıblar. Məruzələrdə yeni fikirlərə, tədqiqatlara az yer verilmişdi. Bəzi çıxışlar isə dərslik və internet materialları üzərində qurulmuşdu. Bu səbəbdən də Firəngiz Əlizadənin məruzəçilərə qarşı irəli sürdüyü iradlara haqq qazandırmaq olar.
Qeyd edək ki, beynəlxalq simpoziumda Azərbaycanı 25 alim təmsil etmək niyyətindədir, bu siyahı fevralın 21-də keçiriləcək müzakirələrdən sonra bəlli olacaq.
Lalə Azəri